İzmir klubu "Fənərbaxça"dan 10 milyon avro tələb edir

"Göztəpə"nin yarımmüdafiəçisi Arda Okan Kurtulan Türkiyə Super Liqasında klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Fənərbaxça" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Klubu Kurtulanı satmağın əleyhinə deyil. Onlar 24 yaşlı orta xətt oyunçusu üçün 10 milyon avro təzminat tələb edirlər.

Qeyd edək ki, Arda Okan Kurtulan 2025-ci ilin yayından "Göztəpə"də çıxış edir. O, cari mövsümdə İzmir təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right