MLS-in ən çox qazananları

MLS Futbolçular Assosiasiyasının (MLSPA) ABŞ çempionatının ən çox qazanan 5 futbolçusunun adını açıqlayıb.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 2026-cı ildə də MLS-in ən çox qazanan futbolçusu olaraq qalır. Onun illik zəmanətli gəliri 28,33 milyon dollara çatır.

Messi ötən illə müqayisədə maaşını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, argentinalı ulduz 2025-ci ildə 20,45 milyon dollar qazanırdı.

MLS-də ən çox qazanan "5-lik":

1. Lionel Messi (“İnter Mayami”) – 28,33 milyon dollar

2. Robert Levandovski (“Çikaqo Fayr”) – 19,51 milyon dollar

3. Antuan Qrizmann (“Orlando Siti”) – 13,94 milyon dollar

4. Son Hın Min (“Los-Anceles”) – 11,25 milyon dollar

5. Brel Embolo (“Atlanta Yunayted”) – 10,81 milyon dollar





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right