Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu

Yunan-Roma güləşi üzrə U-17 milli komandamız Gürcüstanda təşkil olunan beynəlxalq yarışda uğurla çıxış edərək çempion olub.

Newsport.az xəbər verir ki, bu barədə Azərbycan Güləş Federasiyası məlumat yayıb.

Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan ümumilikdə 10 komanda iştirak edib.

Böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında Azərbaycan millisinin heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.

Turnir çərçivəsində ümumilikdə 5 görüş keçirən yığmamız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamız ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərinin komandasını, yarımfinalda isə təşkilatçı ölkənin yığma komandasını məğlub edib.

Finalda Acarıstan komandasıyla görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan millimiz çempionluq kubokuna sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right