Azərbaycan millisi yenidən İraqla qarşılaşacaq

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right