"Sabah"ın müdafiəçisi üçün yeni baş məşqçi

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaçın formasını geyindiyi polşa milli komandasında baş məşqçi dəyişikliyi olacaq.

Newsport.az federasiya Yan Urbanla yollarını ayırmağa hazırlaşır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Yığmanın yeni baş məşqçisi də artıq məlumdur. Belə ki, Polşa Futbol Federasiyası son iş yeri "Udineze" olan Kosta Runyayiçlə anlaşıb. Yaxın günlərdə almaniyalı mütəxəssislə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kosta Runyayiç 2017-2022-ci illərdə Polşanın "Poqon" və "Legiya" klublarına rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right