"Real" Kurtua ilə müqaviləni uzatdı

"Real" qapıçı Tibo Kurtua ilə müqavilənin uzadıldığını açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, tərəflər 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni saziş imzalayıblar. Futbolçunun klubla əvvəlki müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.

Cari mövsümdə Kurtua bütün turnirlərdə 15 oyunda iştirak edib və onlardan dördündə qapısını toxunulmaz saxlayıb. Kurtua 2018-ci ildə “Çelsi”dən “Real”a keçib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right