Onun oyunu Fiqunun xoşuna gəlir

Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqu “Bayern”in vingeri Mikael Olise haqqında danışıb.

24 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb.

Newsport.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı sabiq futbolçu, Olisenin belə davam edərsə, “qızıl top” uğrunda mübarizə apara biləcəyini söyləyib:

“Olise “Real”a qarşı ilk matçda möhtəşəm çıxış etdi. Onun oyunu mənim xoşuma gəlir. Bu səviyyədə davam edərsə, “qızıl top”a real namizəd olacaq”.

“Bayern” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Real”ı 2:1 hesabı ilə məğlub edib. Cavab matçı aprelin 14-də, Münhendə keçiriləcək.

Fransalı futbolçu cari mövsümdə Bundesliqada 27 oyuna çıxaraq, 12 qol vurub və 18 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right