Rusiya İdman Nazirliyi ölkə Premyer Liqası ilə bağlı yeni legioner limiti tətbiq edib.
Newsport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Artıq Premyer Liqa klubları 2026/2027 mövsümündən etibarən 12-dən çox xarici oyunçu qeydiyyatdan keçirə və eyni anda 7-dən çoxunu meydana buraxa bilməyəcəklər.
Hazırda isə Rusiya yüksək divizionundakı klublar heyətlərinə 13-ə qədər xarici oyunçu daxil edə bilərlər və onlardan 8-nin eyni anda meydana çıxmasına icazə verilir.