"Union Berlin" baş məşqçi Şteffen Baumqartla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisini kimin çalışdıracağı da məlumdur.
Berlinlilər Mari-Luize Eta ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Mari-Luize Eta Bundesliqanın tarixinə düşüb. O, Almaniyanın kişilərdən ibarət yüksək liqasında çalışan ilk qadın baş məşqçi olub.