Sabiq futbolçu Oliseni dünyanın ən yaxşı üç oyunçusu sırasında görür

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann “Bayern”in vingeri Mikael Olise barədə yüksək fikirlər səsləndirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun hazırkı forması ilə dünyanın ən yaxşı üç oyunçusu sırasına daxil edilə biləcəyini söyləyib:

“Olise fərdi duellərdə demək olar ki, dayandırıla bilmir və ona qarşı adətən iki oyunçu ilə müdafiə qurulması tələb olunur. Bu isə meydanın digər zonalarında komanda üçün boşluqlar yaradır. O, hazırda “Bayern” üçün ən vacib oyunçulardan biridir”.

24 yaşlı futbolçu bu mövsüm Bundesliqada 26 oyunda iştirak edib, 11 qol vurub və 18 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right