İngiltərə millisinin sabiq oyunçusu Qari Lineker, misirli hücumçu Məhəmməd Salahın bu mövsümün sonunda “Liverpul”dan ayrılacağı xəbərinə reaksiya verib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Salah komandadan gedir. “Liverpul”da inanılmaz 9 il keçirdi. Onun burada uzun müddət qalması fantastik idi. Ona karyerasının qalan hissəsində uğurlar arzulayıram”.
Salah 2017-ci ildən “Liverpul”da oynayır. O, “qırmızılar”ın heyətində 435 oyunda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə edib.