"Qalatasaray"ın əfsanəvi qolkiperi milliyə geri qayıtdı

Fernando Muslera Uruqvay milli komandasına geri qayıdıb.

Newsport.az xəbər verir ki, "Qalatasaray"ın əfsanəvi qapıçısı bir müddət əvvəl millidəki karyerasını başa vurmuşdu.

Amma o, artıq yenidən yığmada çıxış edəcək.

Argentinanın "Estudiantes" klubunda çıxış edən 39 yaşlı qolkiper martın 27-də İngiltərə, 31-də isə Əlcəzair seçmələri ilə keçiriləcək yoldaşlıq görüşlərində meydana çıxa bilər.

Xatırladaq ki, millidə 2009-cu ildə debüt etmiş Muslera 133 oyun keçirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right