“Barselona” “Yuventus”un müdafiəçisi Andre Kambiasso ilə maraqlanır.
Newsport.az xəbər verir ki, bu barədə “Sportitalia” məlumat yayıb.
Kataloniya təmsilçisinin rəhbərliyi italiyalı futbolçunu hər iki cinahda oynaya bilən universal müdafiəçi kimi görür. Ancaq Turin klubu oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
“Yuventus”un baş məşqçisi Luçano Spalletti Kambiassonun çıxışından olduqca razıdır və onu komandanın vacib üzvlərindən biri hesab edir.
26 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 39 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.