Arteta qapıçıya görə tənqid olundu: “Ayıbdır”

“Arsenal”ın sabiq futbolçusu Yan Rayt, komandanın baş məşqçisi Mikel Artetanın “Mançester Siti” ilə Liqa kubokunun final oyununda ehtiyat qapıçı Kepa Arrisabalaqanı meydana buraxmaq qərarına münasibət bildirib.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu qərarın özünü doğrultmadığını deyib:

“Risk özünü doğrultmadı. Səhvin təbiəti elədir ki, dərhal deyə bilərik ki, “bu, ikinci seçim qapıçısıdır”. Belə səhvləri start heyət qapıçısından görmək mümkün deyil. Bu, ayıbdır, çünki bu, dönüş nöqtəsi idi”.

Start heyətində David Rayanın yerinə meydana çıxan Arrisabalaqa səhvə yol verib və matç 0:2 hesabı ilə “Arsenal”ın məğlubiyyətiylə nəticələnib. Arrisabalaqa bu mövsüm yalnız kubok oyunlarında oynayıb, David Raya isə bütün Premyer Liqa matçlarında start heyətində çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right