“Mançester Yunayted” braziliyalı futbolçunu transfer etməyə çalışacaq

“Mançester Yunayted” rəhbərliyi yay transfer dövrü üçün prioritet hədəfini müəyyənləşdirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşdən gedir.

“Qırmızı şeytanlar” artıq 28 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Braziliyalı oyunçunun transfer dəyəri təxminən 60 milyon funt sterlinq (69 milyon avro) civarında qiymətləndirilir və bu məbləğ klub üçün qəbul edilə bilən hesab olunur.

Gimarayeş 2022-ci ilin əvvəlindən “Nyukasl” formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right