Kubarsi “Barselona”nın riskli oyun tərzinə haqq qazandırdı

“Barselona”nın müdafiəçisi Pau Kubarsi komandanın riskli oyun tərzi barədə fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, baş məşqçiyə və onun heyətinə inandıqlarını bildirib:

“Barselona”nın oyun üslubu həmişə çox açıq olub. Biz baş məşqçiyə və onun heyətinə inanırıq. Son oyunda “Atletiko” demək olar ki, qol şansları yaratmadı. Bu isə bizə daha çox inam və enerji verir ki, etdiyimiz işə inanmağa davam edək”.

“Barselona” İspaniya kubokunun yarımfinalının cavab matçında evdə “Atletiko”nu 3:0 hesabı ilə məğlub edib, ancaq ilk oyundakı 0:4 hesablı məğlubiyyət finala gedən yolun qarşısını alıb.

Hans-Diter Flikin komandası martın 7-də, La Liqanın 27-ci turu çərçivəsində səfərdə “Atletik”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right