Alleqri Fofanadan imtina etdi

“Milan” Yussuf Fofananı satmağa qərar verib. Baş məşqçi Massimiliano Alleqri klub rəhbərliyinə 27 yaşlı yarımmüdafiəçinin planlarına daxil olmadığını bildirib.

Newsport.az xəbər verir ki, son vaxtlar heyətə düşməyən fransalı ilə yeni müqavilə bağlanması gündəmdə idi. Oyunçu maaşının artırılmasını tələb etdiyindən məsələ uzanırdı. Məşqçinin qərarından sonra müzakirələr dayandırılıb.

İlyarım öncə “Monako”dan 26 milyon avroya alınan dayaq oyunçusunun müqaviləsi 2028-ci iln yayında başa çatır. “Milan” Fofanaya müştəri düşən İngiltərə klubları ilə mövsümün sonunda bazarlıq etməyə çalışacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right