"Milan" gürcü forvardın transferi üçün hərəkətə keçəcək

“Milan” “Vilyarreal” və Gürcüstan millisinin hücumçusu Giorgi Mikautadze ilə maraqlanır.

Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “rossonyerlər” gürcü forvard üçün İspaniya klubu ilə ilkin danışıqlara başlayıblar.

“Milan” onun transferinin real olub-olmaması haqda maraqlanır. İtaliyalılar 25 yaşlı hücumçuya görə lazım olan təzminatı ödəməyi planlaşdırır. Georgesin “Vilyarreal”la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Metz”, “Serainq”, “Ayaks”, “Lion” klublarında oynayıb.

Bu transfer baş verərsə, Mikautadze "Milan"da oynayan ikinci gürcü olacaq. Ona qədər Kaxa Kaladze bu klubun formasını geyinmişdi(2001-2010).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right