Vinisius şəxsi rekordunu təkrarladı

“Real”ın futbolçusu Vinisius Junior şəxsi rekordunu təkrarlayıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı vinger buna “Benfika”ya qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Braziliyalı oyunçu ardıcıl beşinci rəsmi matçda qol vurub. Vinisius 2022-ci ildə də bu göstəriciyə imza atmışdı.

“Real” sözügedən görüşdə “Benfika”nı 2:1 hesabı ilə üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right