Çempionlar Liqasında pley-off mərhələsindən 1/8 finala adlayan bütün komandalar müəyyənləşib. “Nyukasl” (İngiltərə) “Qarabağ”ı (Azərbaycan), “Qalatasaray” (Türkiyə) “Yuventus”u (İtaliya), Bodo Qlimt” (Norveç) “İnter”i (İtaliya), “Atletiko” (İspaniya) “Brügge”ni (Belçika), “Bayer” (Almaniya) “Olimpiakos”u (Yunanıstan), PSJ (Fransa) “Monako”nu (Fransa), “Atalanta” (İtaliya) “Borussiya”nı (Dortmund, Almaniya), “Real” (İspaniya) isə “Benfika”nı (Portuqaliya) mübarizədən kənarlaşdırmaqla buna nail olub.
İndi bu klublar 1/8 finalda Liqa mərhələsindən birbaşa bu mərhələyə yüksələn komandalara rəqib olacaqlar. Liqa mərhələsindən birbaşa 1/8 finala yüksələnlər “Arsenal” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Mançester Siti”dir (İngiltərə).
ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. Cütlər aşağıdakı kimidir:
“Arsenal” – “Atalanta”/ “Bayer”
“Liverpul” – “Qalatasaray”/ “Atletiko”
“Bayern” – “Bayer”/ “Atalanta”
“Tottenhem” – “Qalatasaray”/ “Atletiko”
“Barselona” – “Nyukasl” / PSJ
“Çelsi” – PSJ / “Nyukasl”
“Sportinq” – “Real” / “Bodo Qlimt”
“Mançester Siti” – “Real” / “Bodo-Qlimt”
“Nyukasl” – “Çelsi”/ “Barselona”
“Atletiko” – “Liverpul”/ “Tottenhem”
“Bodo Qlimt” – “Mançester Siti”/”Sportinq”
“Atalanta” – “Arsenal”/ “Bayern”
“Real” – “Mançester Siti” / “Sportinq”
“Qalatasaray” – “Liverpul”/ “Tottenhem”
PSJ – “Barselona”/ “Çelsi”
“Bayer” – “Bayern” / “Arsenal”
Qeyd edək ki, 1/8 finalın püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.