Türkiyə 5 illik müqavilə imzalamaq istəyir

“FormulaPassion”un məlumatına görə, Türkiyə Qran-Prisinin təşkilatçıları Formula 1-in təqviminə qayıtdıqdan sonra qurumla beş illik müqavilə imzalamağa ümid edirlər.

Bir müddət əvvəl xəbər verildiyi kimi, “İstanbul Park” trasının rəhbərliyi FIA və Formula 1 nümayəndələri ilə birlikdə mərhələnin 2027-ci ildə çempionat təqviminə qaytarılması barədə razılığa gəliblər. Türkiyədəki yarışın hər il keçiriləcəyi və ya başqa bir tədbirlə növbələşəcəyi məlum deyil.

Çətin relyefi və 8-ci döngəsi ilə tanınan tras əvvəllər təqvimə müvəqqəti olaraq 2020 və 2021-ci illərdə qayıtmışdı. Türkiyə ilk dəfə Formula 1-ə 2005-ci ildə, Kimi Raikkonen yarışı qazandığı zaman ev sahibliyi edib. “İstanbul Park” ümumilikdə doqquz F1 Qran-Prisini qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right