İspaniya La Liqasında XXV turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, doğma meydanda "Levante"ni qəbul edən "Barselona" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Barselona" xallarının sayını 61-ə yüksəldərək liderliyə yüksəlib. "Real" Kataloniya klubundan 1 xal geri qalır. "Levante" isə 18 xalla 19-cudur.