"Torino"nun baş məşqçisi vəzifəsindən kənarlaşdırılacaq

Ötən bazar İtaliya A Seriyasında "Cenoa"ya 0:3 hesabı ilə uduzan "Torino"nun baş məşqçisi Marko Baroni yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.

Newsport.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, onu bu postda 50 yaşlı italyan mütəxəssis Roberto Daversa əvəz edəcək.

Daversa son mövsümdə "Empoli"yə rəhbərlik edib.

Qeyd edək ki, Turin klubu son 8 oyunda 6 məğlubiyyət alaraq turnir cədvəlində 27 xalla 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right