Braziliyalılar Ançelotti üçün fantastik müqavilə hazırlayır

Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə dörd illik yeni müqavilə imzalamağı planlaşdırır ki, bu da onu dünyanın ən çox maaş alan milli komanda məşqçisi edə bilər.
Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, müqavilə baş tutarsa, italiyalı mütəxəssisin maaşı ildə təxminən 40 milyon avro olacaq. Lakin Braziliya yığması 2026-cı il dünya çempionatını qazanarsa, baş məşqçinin müqaviləsinə 5 milyon avro bonus da daxil olacaq.

Ançelotti 2025-ci ilin may ayından bəri Braziliya millisinə rəhbərlik edir və bu müddət ərzində komanda 8 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb.

66 yaşlı mütəxəssis daha əvvəl “Milan”, “Real”, “Yuventus”, PSJ, “Bayern”, “Everton” və “Napoli”ni çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right