Mahir Emrelinin adı bu gün keçiriləcək oyunun iştirak ərizəsində

“Kayzerslautern”də çıxış edən və xeyli vaxtdır zədəli olan Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün meydana çıxa bilər.

Newsport.az xəbər verir ki, onun adı 2-ci Bundesliqanın 23-cü turunda “Proyssen Münster”lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. Emreli ehtiyat oyunçular arasında yer alıb.

Oyun saat 16:30-da başlayacaq.

Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı 2-ci Bundesliqanın matçında zədə alıb və o vaxtdan kənarda qalmışdı.

28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right