“Mançester Yunayted” Dalotu satmaq istəyir

“Mançester Yunayted” yayda Dioqo Dalotla yollarını ayıra bilər. İngiltərə təmsilçisi onun əvəzinə yeni transfer planlaşdırır.

Newsport.az xəbər verir ki, portuqaliyalı cinah müdafiəçisinin mövcud müqaviləsi 2028-ci ilin yayınadəkdir. Amma məşqçilər onun çıxışından razı deyil. Bu səbəbdən 26 yaşlı oyunçunun transferə çıxarılmaq ehtimalı var.

2018-ci ildə “Portu”dan 22 milyon avroya alınan müdafiəçinin hazırkı bazar dəyəri 40 milyondur. Mançesterlilər mövsüm bitən kimi onun üçün gələcək transfer təkliflərini nəzərdən keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right