Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi

ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Kolumbus kollektivinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right