“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl" İngiltərə Premyer Liqasının XXV turunda növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, doğma meydanda “Brentford”u qəbul edən "sağsağanlar" 2:3 hesabı ilə məğlub olaraq daxili turnirlərdəki qələbəsizlik seriyasını 6 matça çatdırıb. Bütün turnirlərdə son 9 matçda 1 qələbəsi olan “Nyukasl” Premyer Liqanın turnir cədvəlində 33 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.