“Tottenhem” yeni transferə görə peşmandır

“Tottenhem” “Atletiko”dan transfer etdiyi yarımmüdafiəçi Konor Qallaher üçün xərclədiyi böyük məbləğə görə artıq peşman olub.

Newsport.az “Topskills Sports UK”-yə istinadən xəbər verir ki, Qallaherin ehtiyatda qalmasının səbəbi təkcə şans məsələsi deyil. Belə ki, klub onun oyun səviyyəsindən də razı qalmayıb.

26 yaşlı yarımmüdafiəçi yanvarda “Tottenhem”ə keçib və klubla müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb. O, londonluların heyətində 3 oyuna çıxaraq, 1 məhsuldar ötürmə verib.

Qallaherin Premyer Liqadakı ilk nəticələri hələ də “Tottenhem” rəhbərliyinin gözləntilərini tam qarşılamır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right