Super Liqa klubu yeni baş məşqçisini açıqladı

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini İlhan Palut çalışdıracaq. Bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İlhan Palutun son iş yeri "Rizespor" olub. "Konyaspor" isə ötən gün Çağdaş Atanla yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right