"Real" niderlandlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır

İspaniyanın "Real" klubu Niderlandın AZ (Alkmar) komandasında çıxış edən Kes Smiti heyətinə qatmaq üçün 50 milyon avro ödəməyə hazırdır.

Newsport.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçini qarşıdakı transfer dönəmində almaq niyyətindədir.

Alkmar klubu oyunçu üçün bu təklifi nəzərdən keçirmək istəyir.

Niderlandlı futbolçu ilə İngiltərənin "Liverpul" və "Arsenal" klubları da maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right