"Roma"nın qapıçısı "Beşiktaş"a keçir

"Beşiktaş" heyətinə yeni qapıçı cəlb etməyə yaxındır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"da çıxış edən Devis Vaskesin keçidini həll edib. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

"Qara qartallar" kolumbiyalı qolkiperi satınalma bəndi ilə icarəyə götürəcək. 27 yaşlı "əlcək sahibi" bu gecə İstanbulda olacaq.

Qeyd edək ki, Devis Vaskes bu mövsüm "Roma"nın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right