Ançeloti Endrikə biganə qalmayacaq

Endrik Karlo Ançelottinin ümidini doğruldur. İtaliyalı mütəxəssis braziliyalı hücumçunu milli komandaya çağırmağa qərar verib.

Newsport.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi “Real”da işlədiyi vaxtdan tanıdığı forvarda daim oynaya biləcəyi komandaya getməyi məsləhət bilmişdi. Madriddə çox şans qazanmayan Endrik məhz dünya çempionatında millinin düşərgəsində olmaq üçün Lion “Olimpik”inə icarəyə getməyə razılaşdı.

Hücumçunun Fransada işləri yaxşı gedir. O, lionluların heyətində 5 oyuna 5 qol vurub, 3 dəfə matçın ən yaxşısı seçilib. Ançelotti bu göstəricilərə biganə qalmayaraq onu Fransa ilə qarşıdakı matç üçün düşərgəyə çağırmağa qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right