"Barselona"dan Levandovski qərarı

"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Robert Levandovskini komandada saxlamaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

Kataloniya təmsilçisi polşalı forvarda yeni sözləşmə təklif etməyi planlaşdırır. 37 yaşlı hücumçuya təklif olunan müqavilədə onun maaşının azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 27 oyunda 12 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right