“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov komandasını dəyişməyəcək. Moskva “Dinamo”su təcrübəli oyunçunu razı sala bilib.
Moskvalıların yeni müqavilə təklifi 35 yaşlı futbolçunun ürəyincə olub. O, daha bir il Rusiya klubunda çıxış edəcək.
Onun “Dinamo” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Lunyov 2023/24 mövsümündə “Qarabağ”da çıxış etdikdən sonra vətənə qayıtmışdı.