"Kayserispor" rusiyalı hücumçu ilə anlaşdı

PAOK və "Kayserispor" rusiyalı futbolçu Fedor Çalovu Türkiyə klubuna icarəsi barədə razılığa gəliblər.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 27 yaşlı hücumçunun icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çalov 2024-cü ilin avqust ayından PAOK-da oynayır. Bu mövsüm hücumçu müxtəlif yarışlarda 24 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right