“Sabah”ın sabiq futbolçusu Qazaxıstanda oynayacaq

“Sabah”ın sabiq futbolçusu İqor Qabriel yenidən komandasını dəyişib.

Newsport.az xəbər verir ki, o, Özbəkistandan Qazaxıstana köçüb.

26 yaşlı mərkəzi müdafiəçisi “Navbahor”dan “Yelimay”a keçib. Braziliyalı futbolçu yeni komandası ilə ilin sonuna qədər müqavilə imzalayıb.

Ölkəsi Braziliyada “Fluminense” klubunun yetirməsi olan İqor Qabriel Azərbaycan və Özbəkistanla yanaşı, Belarus, Ukrayna və Maltada da legioner həyatı yaşayıb.

Qeyd edək ki, İqor Qabriel 2022-23-cü illərdə “Sabah”ın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right