“Fənərbaxça”dan supertransfer

“Fənərbaxça” heyətini dünya ulduzu ilə gücləndirib. 

Newsport.az bu barədə klubun saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi fransız yarımmüdafiəçi N’Qolo Kantenin transferini rəsmiləşdirib.

Klub son olaraq “Əl İttihad”da (Səudiyyə Ərəbistanı) çıxış edən Fransa millisinin 34 yaşlı oyunçusu ilə 2,5 illik müqavilə bağlayıb.

Məlumata görə, N’Qolo Kante bu gün İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right