"Çelsi" gənc futbolçunu icarəyə göndərdi

"Çelsi" futbolçusu Tayrek Corcu icarəyə göndərib.

Newsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Everton"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Corcla cari mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ingiltərəli oyunçu "Çelsi"nin yetirməsidir. O, London təmsilçisi ilə cari mövsüm 11 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right