UFC qurumu Sidneydə keçirilən yarışdan sonra reytinqi yeniləyərək ictimaiyyətə açıqlayıb.
Yüngül çəkidə dünya çempionu Aleksandr Volkanovski ilk 15-likdə Aleks Pereyranı üstələyərək dördüncü yerə yüksəlib.
Yüngül çəki dərəcəsində aşağıdakı dəyişikliklər baş verib: Benua St. Denis beşinci yerə, Maurisio Raffi isə doqquzuncu yerə yüksəlib. Paddi Pimblett, Beneil Dariuş, Mikael Çandler və Manuel Torres hər biri bir pillə geriləyib. Həmyerlimiz Rafael Fiziev isə iki yer itirib. Dan Huker də onun kimi iki pillə geriləyib.