"Mançester Siti"nin futbolçusu Çempionşip klubunda

"Mançester Siti"nin futbolçusu Kalvin Filips karyerasını Çempionşipdə davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Şeffild Yunayted" ingiltərəli yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü mövsümün sonuna qədər aşağı liqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Mançester Siti" Kelvin Filipsi 2022-ci ilin yayında "Lids Yunayted"dən 49 milyon avroya transfer edib. 30 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm "şəhərlilər"in heyətində 1 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right