İspaniya millisinin üzvü "Atletiko"da

"Atletiko" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi "Elçe"dən Rodriqo Mendosanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Atletiko" İspaniya U-21 millisinin üzvü üçün onun klubuna 16 milyon avro təzminat ödəyib. 20 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rodriqo Mendosa "Elçe"nin yetirməsidir. Gənc futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right