"Çelsi" İngiltərə millisinin sabiq üzvü ilə yollarını ayırdı Rəsmi

"Çelsi" Rahim Sterlinqlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vingerlə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Çelsi" Rahim Sterlinqi 2022-ci ilin yayında "Mançester Siti"dən 56 milyon avroya transfer etmişdi. İngiltərə millisinin sabiq üzvü olan 31 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right