Adama Traorenin yeni klubu açıqlandı

İspaniya millisinin sabiq üzvü Adama Traore İngiltərədə klubunu dəyişib.

Newsport.az xəbər verir ki, 30 yaşlı vinger "Fulhem"dən Premyer Liqanın digər təmsilçisi "Vest Hem"ə keçib.

Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Adama Traore 2023-cü ildən "Fulhem"də çıxış edirdi. O, İngiltərədə  "Aston Villa", "Midlsbro", "Vulverhempton"da da oynayıb. "Fulhem"də 262 oyuna çıxan futbolçu 14 qol vurub və 25 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right