İngiltərəni Fransaya dəyişdi

Fransanın "Lans" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Sanderlend"dən Artur Masuakunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konqolu sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Lans"ın formasını geyinəcək.

Qeyd edək ki, Artur Masuaku bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 4 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right