“Benfika”nın baş məşqçisi Joze Mourinyo komandanın Çempionlar Liqasında pley-offa yüksələ bilməməsinin səbəbini tapıb. Təcrübəli mütəxəssis bunu “Qarabağ”a ilk turdakı məğlubiyyətə bağlayır.
Newsport.az xəbər verir ki, o, bu gün 8-ci tur çərçivəsində “Real”a qarşı keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında deyib: “Əsas problem qalib gəlməli olduğumuz bir oyunda uduzmağımız oldu. Evdə “Qarabağ”a 2:3 hesablı məğlubiyyət olmamalıydı. Həmin oyunu udsaydıq, hazırda 9 xalla çox güman ki, vəsiqəyə cəmi bir xal məsafədə olardıq. Bununla yanaşı, xal itirdiyimiz başqa oyunlar da var. Xüsusilə evdə “Bayer”ə qarşı məğlubiyyət tamamilə ədalətsiz və oyunun gedişinə uyğun olmayan nəticə idi. Amma nə olursa-olsun, bu da məğlubiyyətdir və yekun nəticəyə təsir göstərir”.
Portuqaliyalı çalışdırıcı lissabonluların uğursuzluğunu transfer siyasətinə bağlamır: “Pley-offa vəsiqə qazanılıb-qazanılmaması transfer bazarı ilə birbaşa əlaqəli deyil. “Benfika” yay transfer pəncərəsində artıq işini görüb, indi isə mövsümün qalan hissəsi üçün heyəti balanslı şəkildə gücləndirməyə çalışır”.
Qeyd edək ki, hazırda “Benfika” 7 oyundan 6 xalla ÇL-də 29-cu yeri tutur.