Braziliya klubu 41 milyon avroluq təklif göndərdi

"Vest Hem"in futbolçusu Lukas Paketa ölkəsinə qayıtmağa yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Flamenqo" braziliyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. A Seriyası klubu 28 yaşlı oyunçu üçün 41 milyon avroluq təklif göndərib. Keçidin yaxın günlərdə gerçəkləşmək ehtimalı yüksəl qiymətləndirilir.

Qeyd edək ki, Lukas Paketa "Vest Hem"in yetirməsidir. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right