“Tottenhem”in qapıçısı “İnter”ə keçməyə razıdır

“Tottenhem”in qapıçısı Quqlielmo Vikario bu yay “İnter”ə keçməyə hazırdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu təkcə vətəninə qayıtmaq niyyətində deyil, həm də “İnter”ə qoşulmağa razılıq verib.

Milan klubu hələlik “Tottenhem”lə transfer şərtləri barədə razılığa gələ bilməyib. Razılaşma baş tutarsa, Vikario mövsümün sonunda müqaviləsi başa çatacaq “İnter”in qapıçısı Yann Sommeri əvəz edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right