“Çelsi”nin sabiq futbolçusu Qazaxıstan klubunda Rəsmi

“Çelsi”nin sabiq futbolçusu Viktor Mozes karyerasını Qazaxıstanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi “Kaysar”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Daha əvvəl “İnter”, “Çelsi”, “Fənərbaxça, “Vest Hem”, “Spartak” kimi klublarda çıxış edən nigeriyalı futbolçu son olaraq İngiltərədə “Luton”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right