Ter Ştegen “Jirona”ya komanda yoldaşının məsləhəti ilə keçib

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen cari mövsümün sonuna qədər icarə əsasında “Jirona”ya keçməsindən danışıb. 33 yaşlı qolkiper mövsümü “ağ-qırmızılar”ın heyətində başa vuracaq.

Məhz “Jirona”da icarə əsasında çıxış etdikdən sonra karyerasını yenidən canlandıra bilən Erik Qarsiyanın məsləhətləri qapıçının qərarında mühüm rol oynayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, klubdan ayrılmazdan əvvəl “Barselona”nın müdafiəçisi Qarsiya ilə məsləhətləşdiyini etiraf edib:

“Qarsiya klub və orada keçirdiyi vaxt haqqında çox səmimi danışdı. O mənə dedi: “Jirona”da səni tez qəbul edəcəklər, orada ailə ab-havası var”. İndi isə o, “Barselona”nın əsas oyunçularından biridir və bunu yalnız alqışlamaq olar. Onun “Jirona”dakı icarə dövrü başqaları üçün də nümunə ola bilər”.

Miçel Anxelin rəhbərlik etdiyi “Jirona” yanvarın 26-da, La Liqanın 21-ci turu çərçivəsində öz meydanında “Xetafe”ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right